BANK

01 Yanvar
4

“Albalı plus” kartının şərtləri dəyişdirildi

“Unibank” “Albalı plus” kartından kredit xətti kimi istifadə edilməsi şərtlərini dəyişib. Bu barədə fins.az banka istinadən xəbər verir. Məlumata görə, dəyişiklik “Albalı plus” kartındakı məbləğin tamamilə nağdlaşdırılmasını nəzərdə tutur.
Məsələn, indiyə qədər bankın müştəriləri 1000 manatlıq kartın 990 manatlıq hissəsini bankomatdan çıxara bilirdilər. Qalan 10 manat isə avtomatik olaraq nağdlaşdırma xərci kimi müştəridən tutulurdu. Əvəzində növbəti ayın 10-na qədər istifadəçilər 990 manatın əvəzinə banka 1000 manat ödəyirdilər.
İndi isə bank müştəriyə 1000 manatın hamısını nağdlaşdırmaq imkanı yaradır. Əvəzində banka 1010 manat ödənilir.