BANK

01 Yanvar
15

“Xalq Bank” işçi axtarır – VAKANSİYA

“Xalq Bank” Cəlilabad filialına “katib-referent” vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, hüquq, maliyyə, iqtisadiyyat, menecment və bank işi sahəsində ali magistr təhsilli olmalı, Azərbaycan dilini mükəmməl bilməli (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır), ofis ləvazimatları (Printer, skaner, faks və s.) ilə işləməyi, sənədləşdirmə işlərini aparmağı bacarmalıdır.
Əsas vəzifə öhdəlikləri:
- Aylıq tabelin hazırlanması;
- Daxil olan və xaric olan sənədlərin qeydiyyatının aparılması;
- Məktubların, ərizələrin və protokolların yazılması;
- Arxiv işinin təşkili;
- Filiala aid bütün sənədləşmə işlərinin aparılması.
Əmək haqqı 320-640 manatdır. Bank təcrübəsi olmayanlara minimum maaş veriləcək. İşə qəbul zamanı Cəlilabad şəhərində və ya ona yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək. İş vaxtı həftənin 5 günü, saat 09:00-dan 18:00-a qədərdir.
Maraqlananlar öz CV-lərini mayın 2-nə cv@xalqbank.az elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində vəzifənin adı qeyd olunmalıdır.
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34