BANK

01 Yanvar
4

“Beynəlxalq Bankın yeni rəhbəri bu gün seçiləcək”

Bu gün “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) İdarə Heyətinin (İH) sədri vəzifəsinə yeni təyinatın baş tutması gözlənilir. Fins.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, bu barədə bankdan bildirilib.
Məlumata görə, bu vəzifəyə təyinat məsələsi ABB-nin Səhmdarların Ümumi Yığıncağında həll ediləcək. Toplantının axşama yaxın keçiriləcəyi bildirilir.
Xatırladaq ki, ABB-nin İH sədri vəzifəsi bu il martın 18-də sabiq İH sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar işdən getməsindən sonra boş qalıb. Onun səlahiyyətlərini hazırda birinci müavin Emil Mustafayev icra edir.
Bir qədər əvvəl “PAŞA Bank”ın İdarə Heyətinin sədri Fərid Axundovun “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması barədə xəbərlər yayılıb. Onun yerinə “Unibank”ın icraçı direktoru Cəlal Qasımovun, bu bankda boş qalmış posta isə Cəlal Qasımovun 1-ci müavini Xalid Əhədovun təyin olunduğu bildirilir.