BANK

01 Yanvar
11

Beynəlxalq Banka yeni rəhbər təyin olunub?

Mətbuatda “Azərbaycan Beynəlxalq Bankı”na yeni rəhbər təyin olunması barədə xəbər yayılıb. Fins.az-ın “Qafqazinfo”ya istinadən yaydığı məlumata görə, bu vəzifəyə “PAŞA Bank”ın İdarə Heyətinin sədri Fərid Axundov gətirilib. Onun yerinə “Unibank”ın icraçı direktoru Cəlal Qasımovun, bu bankda boş qalmış posta isə Cəlal Qasımovun 1-ci müavini Xalid Əhədovun təyin olunduğu bildirilir.

Xəbərə münasibət bildirən Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev bu barədə yayılmış məlumatın düzgün olmadığını bildirib: “Banka rəhbər təyin olunması üçün səhmdarların iclası keçirilməlidir. Belə bir iclas hələ olmayıb”.