BANK

01 Yanvar
5

“Chery” də qiymətləri artırdı

Azərbaycanda manatın kəskin ucuzlaşdırılması ölkədə satılan Çin istehsallı “Chery” avtomobillərinin də qiymətinə təsir edib. Bu barədə fins.az-a şirkətin Azərbaycandakı nümayəndəliyindən bildirilib. Məlumata görə, ölkədə manat dəyərini 30%-dən çox itirdiyi üçün maşınların da qiyməti yeni məzənnəyə uyğunlaşdırılıb. Hazırda “Chery”nin “QQ” modeli 8200 manata, “Fulwin 2” modeli 12300 manata, “Arrizo 3” modeli 13100 manata, “Arrizo 7” model və “Tiggo 3” modelləri 17500 manata, “Tiggo 5” modeli isə 18700 manata satılır.

Yeni “Tiggo 3” və “Tiggo 5” gətirilib

“Chery” ilə bağlı daha bir yenilik isə onun “Tiggo-3” modelinin yenilənmiş versiyasının satışa çıxarılmasıdır. “Avro-4” standartına cavab verən məşhur yeni model 1,6 litrlik mühərriklə, variator transmissiya ilə təchiz olunub. Yanacaq sərfi 100 km-ə 6-8 litr benzin təşkil edir.
Bundan əlavə yeni model “Tiggo-5” modeli satışa çıxarılıb ki, bu da bütün göstəricilərinə görə tam eleqant maşın sayılır. Onun qiyməti əvvəlki modeldən 1200 manat artıqdır. Mühərrik həmi isə 2 litrdir.


Niyə “Chery”?

Bu maşınları sürən şəxslər deyir ki, 2014-cü ilə qədər buraxılmış “Chery” modellərində müəyyən çatışmazlıqlar var. Məsələn, yüksək sürət zamanı salonda səs-küyün bir az artıq olması, salondaki şitin keyfiyyətsiz kauçukdan hazırlanması və s. Lakin 2014-cü il modellərində bütün bu problemlər həll edilib.
Avtomobil həvəskarları və mütəxəssisləri deyir ki, Çin maşınlarına marağın artması onların öz analoqları ilə müqayisədə 2 dəfə ucuz olması, normal keyfiyyət standartları və texnoloji yeniliklərlə təmin olunması, gözəl dizaynı və qənaətcil sistemlə işləməsi ilə bağlıdır.