Bank

01 Yanvar
2

"Range Rover"dən yeni model - FOTOLAR

"Land Rover" yolsuzluq avtomobili olan "Range Rover"in ən dəbdəbəli yenilənmiş modelini təqdim edib.

Fins.az-ın "ANS Press"-ə istinadən məlumatına görə, yeni model "SVAutobiography" adlanır. Yeni model aprel ayında Nyu York avtosalonlarında təqdim ediləcək.

Model həm standart, həm də uzadılmış variantda olacaq. İlk dəfə olaraq kuzanın iki rəngi ilə sifariş vermək olacaq - bir çalar alt, ikincisi isə üst hissəyə. Bununla yanaşı radiator toru da yeniləcək. "SVAutobiography" 22 düymlük təkər, kapotda yenilənmiş yazı, beşinci qapı, xüsusi seriyaya aid olduğunu göstərən emblemlə təmin ediləcək.

Onun interyerində də dəyişiklər olacaq. Belə ki, "Range Rover SVAutobiography" da çox sayda dekorativ detal yer alacaq.

Yolsuzluq maşınının baqajında alüminium və ağacdan olan, istənilən halda çıxarılması mümkün olan döşəmə, eləcə də beşinci qapıda oturacaqlar yerləşdirilib. Bu oturacaqlarda alüminiumdandır və dəri ilə örtülüb. Bu çərçivələrin üzərinə iki böyük sərnişin üçün oturacaqlar yerləşdirmək olar.

"Range Rover SVAutobiography"ni adi modellərin mühərriki ilə də almaq olacaq. 550 at gücündə olacaq 5 litrlik sıxıcı kompressorlu V8 mühərriki ilə təhciz edilib.

Mühərrik hazırda istifadə edilən səkkizlik silindrlikdən 40 at gücü daha çox sürətlə təmin edəcək. Mühərrik səkkizdiapazonlu avtomat ötürmə qutusu ZF ilə uyğunlaşdırlıb.

"Range Rover"in yenilənmiş modelinin yay aylarında satışa çıxarılacağı gözlənilir.