BANK

01 Yanvar
7

“Bank BTB” kapitalını artırır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Bank BTB” ASC-nin səhm emissiyasını qeydə alıb. Bu barədə fins.az QKDK-ya istinadən xəbər verir. Məlumata görə, hərraca hər birinin 1000 manat olan 5160 səhmin çıxarılması nəzərdə tutulub. Səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Emissiya baş tutsa, “Bank BTB”nin nizamnamə kapitalı 5,16 milyon manat artacaq. Yerləşdirmənin anderrayteri "Unicapital" şirkətidir.