BANK

01 Yanvar
2

"Azər-Türk Bank"ın Bakı filialı yeni ünvanda

"Azər-Türk Bank"ın Bakı filialı fəaliyyətini bundan sonra yeni ünvanda davam etdirəcək.

Bankdan Trend-ə verilən məlumata görə, filialın ofisi indi Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 64/75 ünvanında yerləşir. Belə bir yenilikdə məqsəd bank müştərilərinə daha keyfiyyətli və operativ xidmətin təmin edilməsidir. Bu filialda bankın təklif etdiyi ən müxtəlif xidmət və məhsullardan faydalanmaq olar.

Müasir tələblərə və "Azər-Türk Bank"ın korporativ üslubuna uyğun qurulmuş Bakı filialı öz xidmət şəraiti, imkanları ilə müştərilərə məmnuniyyət bəxş edəcək.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.biz saytından, yaxud 945 nömrəli Müştəri Xidmətindən əldə etmək olar.
Mənbə : Trend