BANK

01 Yanvar
2

100 milyonluq yerləşdirmə başlayır

Azərbaycan Beynəlxalq Bankı (ABB) bazar günü 100 mln. manat məbləğində səhmin əlavə emissiyasının yerləşdirilməsinə başlayır. Fins.az "Marja"-ya istinadən xəbər verir ki, bu barədə Bakı Fond Birjasından məlumat verilib.

Xəbər verildiyi kimi, səhmlərin əlavə emissiyasının yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 16,9% - 690 mln. 192 min 311,67 manata qədər artacaq.

“ABB-nin əlavə emissiyadan olan səhmləri BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilib. Bank 2015-ci il martın 29-dan səhmlərin yerləşdirilməsinə başlayır”, - deyə BFB-dən bildirilib.

Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 0,27 manat olan 370 370 371 ədəd səhmə bölünüb.

Səhmlərin yerləşdirilməsinin anderrayteri "International Transaction System" ASC-dir.

Əlavə emissiyadan olan səhmlərin yerləşdirilməsi prosesinin 11 iyun 2015-ci ilə qədər başa çatacağı nəzərdə tutulur. Üstünlük hüququ müddətinin bitməsi tarixi 29.05.2015-ci ildir.

Hazırda ABB-nin nizamnamə kapitalı 590 mln. 192 min 311,5 manata bərabərdir.

17 mart 2015-ci il tarixindən etibarən BFB-nin Listinq Komitəsinin qərarı ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin aşağıda göstərilən qiymətli kağızları BFB-də Əsas Bazar seqmentində listinqə daxil edilmişdir.