Bank

01 January
1

“Accessbank” və “Embawood” repo əməliyyatlarına qoşuldu

“Accessbank” ASC-nin və “Embawood” MMC-nin istiqrazları Bakı Fond Birjasının (BFB) üzvləri arasında təşkil edilmiş repo əməliyyatları bazarına çıxarılıb. Bu barədə fins.az-a BFB-dən bildirilib. Məlumata görə, bu məsələ “İnvestisiya qiymətli kağızlarla Repo əməliyyatlarının aparılmasına dair Qaydalar”a əsasən baş tutub. Artıq bu gündən sözügedən qiymətli kağızlara dair repo əqdləri bağlana bilər.

Xatırladaq ki, investisiya qiymətli kağızları ilə birja üzvləri arasında repo əməliyyatlarının həyata keçrilməsinə 25 fevral 2014-cü il tarixində start verilib. Bu bazarın yaradılması ilə BFB-də korporativ qiymətli kağızlarla repo əməliyyatlarının həyata keçirilməsi mümkün olub.

Bu günədək korporativ qiymətli kağızlarla 62 əqd olmaqla, ümumilikdə 218 mln. manatlıq repo əqdi bağlanılıb.
Repo əməliyyatları qısamüddətli likvidliyin təmin olunması aləti kimi bazar iştirakçıları tərəfindən mütəmadi olaraq istifadə olunur.

Repo müqaviləsinə əsasən qiymətli kağızları satan tərəf onları əvvəlcədən müəyyən edilmiş qiymətə geri almağı öhdəsinə götürür.