BANK

01 Yanvar
2

“Unibank” dollar krediti olan müştərilərinə güzəşt etdi

“Unibank” indiyə qədər bankdan ABŞ dolları ilə kredit götürmüş müştərilərinə ödənişlərdə güzəşt edir. Bu barədə fins.az-a bankdan bildirilib. Söhbət hazırda qaytarılan dollar kreditlərinin illik faiz dərəcəsinin azaldılmasından gedir.

Belə ki, “Unibank”dan 24 aya qədər kredit götürənlərə 2%, 24 aydan artıq kredit götürənlərə isə 4% endirim edilir. Amma bundan sonra ödənişlərdə gecikmə olarsa endirim ləğv edilir.
Yeri gəlmişkən, faiz dərəcəsinin azaldılması üçün müştərinin kredit tarixçəsində gecikmə olmamalıdır. Güzəştlərdən faydalanmaq üçün bankın filialına yaxınlaşmaq lazımdır.

Müddət artırıla da bilər

“Unibank”ın müsbət tarixçəli müştəriləri dollarla götürdükləri kreditlər üzrə ödəniş müddətini də artıra bilərlər. Belə ki, müqavilə müddətinin bitməsinə qalan vaxtın yarısı qədər müddət artırılır. Yəni, kiminsə ödənişinin bitməsinə 2 il qalıbsa, o, qalan məbəği 3 il müddətinə də qaytara bilər. Bu məsələ də filiala yaxınlaşmaqla həll olunur.