BANK

01 Yanvar
2

Mərkəzi Bankdan banklara dəstək

Azərbaycan Mərkəzi Bankı banklar üçün depozitlər üzrə məcburi ehtiyat normasını 4 dəfə azaldıb. Fins.az-ın məlumatına görə, bununla bağlı AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov “Məcburi ehtiyat normasının hesablanması və formalaşdırılması qaydaları”na dəyişiklik edib. Dəyişikliyə əsasən, məcburi ehtiyat norması 2%-dən 0,5%-ə salınıb. Bu addımın atılmasında məqsəd bankların manatın kəskin ucuzlaşdırılması nəticəsində məruz qaldığı itkiləri kompensasiya etməkdir.