Bank

01 January
1

“Azərbaycan Beynəlxalq Bankı” kapitalını 100 milyon manat artırır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhm emissiyasını qeydə alıb. Fins.az-ın QKDK-ya istinadən yaydığı məlumata görə, hərraca hər birinin nominal dəyəri 0.27 manat olan 370 370 371 səhmin çıxarılması nəzərdə tutulub. Səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Emissiya baş tutsa, bankın nizamnamə kapitalı 17% və yaxud 100 milyon manat artaraq indiki 590 milyon manatdan 690 milyon manata çatacaq. Yerləşdirmənin anderrateri "İnterneyşnl Tranzakşn Sistem" MMC-dir.