BANK

01 Yanvar
2

“Mənə demişdilər ki, sən manatla ödəyərsən”

Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonra dollarla götürülmüş kreditlərin ödənişi mübahisələrlə müşaiyət olunur. Bu, fins.az əməkdaşlarının kütləvi kreditləşmə ilə məşğul olan bankların filiallarında apardığı müşahidələr nəticəsində məlum olub. Bank işçiləri ilə ən çox mübahisə edənlər yaşlı nəslin nümayəndələridir.
Məsələ ondadır ki, devalvasiyadan əvvəl yaşlılara kredit verən bank mütəxəssisləri onlara rahat olsun deyə ödənişi manatla etməyi təklif ediblər. Bu zaman aylıq ödəniş köhnə məzənnəyə uyğun hesablanıb və ödənilib. İndi isə manatla ödəniş edənlərə bildirilir ki, onların ödəmək istədikləri məbləğ lazım olandan 30-40% azdır.
Bu isə əsasən təqaüdçü müştərilər arasında narazılıq yaradır: “Mən o vaxt kredit götürəndə işçinizə dedim ki, mənim dollardan başım çıxmır, o da dedi ki, sən manatla ödəyərsən. İndi də gəlmişəm, mənə deyirlər ki, verdiyin pul azdır, çox ödəməlisən” – deyə yaşlı qadın narazılığını fins.az əməkdaşı ilə söhbətində bildirib.