BANK

01 Yanvar
2

Bu bank müştərilərinin borcunu sildi

“Expressbank” 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə az təminatlı xanım müştərilərinə güzəşt edib. Bankdan fins.az-a verilən məlumata görə, kredit öhdəliyini yerinə yetirə bilməyən, uzun müddətdir ki, aylıq ödənişini vaxtında edə bilməyən xanımların faiz borcları silinib.
“Expressbank”ın İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, bu layihənin həyata keçirilməsində məqsəd yaxınını itirmiş, xəstə ailə üzvü olan və daha çox maliyyə sıxıntısı keçirən xanımlara kömək etməkdir: “Məhz belə layihələr həyata keçirməklə ehtiyacı olan ailələrə kömək etmiş oluruq. Fürsətdən istifadə edərək, qarşıdan gələn 8 mart bayramı münasibətilə Expressbank adından xanımları təbrik edirik, onlara firavan həyat və sevincli günlər arzulayırıq”.