BANK

24 Aprel
12

Səyahətə getməzdən qabaq nələr edilməlidir?- SİYAHI

Fins.az CNN-Turk-ə istinadən sonradan peşman olmamaq üçün səyahətə çıxmazdan əvvəl edilməsi lazım olan hərəkətlərin siyahısını təqdim edir:

1) Həkimə gedin və səhətinizin buna mane olub olmadığını öyrənin. Bundan əlavə Səyahət Sığortası etdirin
2) Pasportunuzun oğurlanma ehtimalına qarşı əsas səhifələrinin kopyasını yanınızda saxlayın.
3) Pasportunuzun digər bir kopyasını evinizdə saxlayın
4) Pasportunuzla bağlı bir probleminiz olarsa deyə getdiyiniz ölkədəki səfirlik və ya konsulluqla əlaqə qurmaq üçün əlaqə nömrələrini yanınızda saxlayın
5) Getdiyiniz ölkənin pul vahidi ilə öz ölkənizin pul vahidi nisbətini qarşılaşdırın. Bu alış-veriş etdiyiniz vaxt sizin köməyinizə çatacaq
6) Kredit kartınızın getdiyniz ölkədə keçərli olub olmadığına əmin olun
7) Saxtakarlıqların qarşısını almaq üçün pullarınızı yalnız ATM və ya bankdan alın
8) Yanınızda mütləq getdiyiniz ölkənin pul vahidindən nəğd pul saxlayın.
9) Bəzi ölkələr sizdən giriş və ya çıxış üçün pul istəyə bilər. Yaxud ölkəyə girərkən viza istəyə bilərlər. Bu pulun miqdarını əvvəldən öyrənib hazırılıqlı olmaq lazımdır.
10) Gedəcəyiniz ölkədə görmək istədiyiniuz yerlərin biletini indidən alın. Beləcə növbələrdən canınz qurtarar, bundan əlavə online alınan biletlər daha ucuz olur.
11) Mütləq bələdçi kitabı alın, xəritəli olsun.
12) Gedəcəyiniz yerdəki fəaliyyətlərə baxın bu sizə plan qurmada köməkçi olacaq.
13) İstifadə edəcəyiniz cihazların adapterlərini yanınızda saxlayın.
14) GSM operatorunuzun ölkədən xaricdə sizə təqdim etdiyi kompaniyalardan xəbərdar olun. Bununla yüksək fakturalara məzruz qalmazsınız.
15) “Travelzoo” tətbiqini etdirin. Bu tətbiq gedəcəyiniz yerdəki nəqliyyatla bağlı ən uyğun qiymətlər mövzusunda sizə məlumat verəcək.
16) Mütləq ehtiyat bir paltarı çamadanınıza əlavə edin.
17) Hava yollarının qaydalarına əsasən hansı sizə uyğundursa, baqajlarınızı check-inə verin və ya yaninizda təyyarənizə aparın
18) Yanınızda yeməyə bir şey götürün.