Bank

28 Aprel
3

Banklar əmanətçilərinə 960 milyon manat artıq pul ödəyəcək

2015-ci ilin yekunlarına görə, Azərbaycan əhalinin banklardakı əmanətlərinin 40%-i və yaxud 2 milyard 845 milyon manatlıq hissəsi xarici valyutada yerləşdirilib. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Azərbaycan manatının təxminən 34% dəyərdən düşdüyünü nəzərə alsaq, bankların əmanətçilərinə qaytaracağı məbləğ (faizlər nəzərə alınmadan) 960 milyon manat çox olacaq. Məsələ ondadır ki, devalvasiyaya qədər 2 milyard 845 milyon manat 3 milyard 624 milyon dollara bərabər idi. İndisə isə əmanətlərin məbləği yeni məzənnə ilə 3 milyard 805 milyon manatdır.