BANK

01 Yanvar
2

Banklarda əhalinin əmanətləri azalıb

Fins.az-ın xəbərinə görə, bu barədə “Marja” Mərkəzi Banka istinadən xəbər məlumat verib. Məlumata görə, 01.02.2015-ci il tarixinə banklarda əhalinin 7 milyard 121,3 milyon manat əmanəti olub. Bu, ötən ilin sonu ilə müqayisədə 67 milyon manat azdır. 2014-cü ilin sonunda banklarda əhalinin əmanətləri 7 milyard 188,3 milyon manata çıxmışdı.
Əhalinin banklarda əmanətlərinin azalmasına qeyri-müəyyən iqtisadi vəziyyətin, manatın ucuzlaşacağı ehtimalının və Rublun dəyərdən düşməsinin təsir göstərmiş ola biləcəyi söylənilir.
Eyni zamanda, əmanətlərdən gələn faiz gəlirindən vergi tutulması ilə bağlı olaraq insanlar Yanvar ayında əmanətlərini geri götürməyə başlamışdılar. Sonradan bu məsələ öz həllini tapmışdı.
Digər bir səbəb sığortalanan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin aşağı olması idi. Yuxarı həddin 2013-cü ildən başlayaraq aşağı salınması əhalinin banklara əmanət yatırmaq marağına azaldıcı təsir göstərmişdi. Qeyd edək ki, artıq Əmanətlərin Sığortalanması Fondu 2015-ci il fevral ayının 24-dən etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 9%-dən 12%-ə qaldırılmışdır. Qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin qaldırılmasının yenidən banklarda əmanətləri artıracağı gözlənilir.

ƏHALİNİN ƏMANƏTLƏRİ

Tarix

mln. AZN

01.02.2015

7121.3

01.01.2015

7188.3

01.12.2014

7086.4

01.11.2014

7005.4

01.10.2014

6959.7

01.09.2014

6992.8

01.08.2014

6940.0

01.07.2014

6720.6

01.06.2014

6643.0

01.05.2014

6569.9

01.04.2014

6656.3

01.03.2014

6591.7

01.02.2014

6451.4

01.01.2014

6395.8

01.12.2013

6419.6

01.11.2013

6303.4

01.10.2013

6237.4

01.09.2013

6090.4

01.08.2013

6019.3

01.07.2013

5922.2

01.06.2013

5891.5

01.05.2013

5768.3

01.04.2013

5536.0

01.03.2013

5416.8

01.02.2013

5315.4

01.01.2013

5113.4

01.12.2012

4763.0

01.11.2012

4689.7

01.10.2012

4556.3

01.09.2012

4462.6

01.08.2012

4415.2

01.07.2012

4372.6

01.06.2012

4341.7

01.05.2012

4338.8

01.04.2012

4298.9

01.03.2012

4330.6

01.02.2012

4179.5

01.01.2012

4119.8