BANK

01 Yanvar
2

«AccessBank»ın kreditini qaytarmaq asanlaşdı - YENİLİK

«AccessBank» kredit ödənişlərinin MilliÖn ödəmə terminalları vasitəsilə qəbuluna başlayıb. Bankdan fins.az-a verilən məlumata görə, bundan sonra kreditlərin MilliÖn ödəmə terminalları vasitəsilə ödənilməsi üçün şərait yaradıb. Artıq müştərilər Banka gəlmədən, günün istənilən vaxtı onlara ən yaxın olan MilliÖn ödəmə terminalından kredit ödənişini rahatlıqla həyata keçirə bilərlər. Ödəmə terminalları Bakı şəhəri və Azərbaycanın digər şəhərlərində ictimai yerlərdə quraşdırılıb. Kredit ödənişini MilliÖn terminallarından Azərbaycan manatı və ABŞ dolları ilə etmək mümkündür. Bunun üçün monitorda göstərilən “Bank xidmətləri”ni seçərək, “AccessBank” bölməsinə keçib müvafiq əməliyyatları həyata keçirmək lazımdır.

Ödəniş iş günü ərzində saat 20:00-dək aparılarsa vəsaitlər həmin günün ödənişi kimi qəbul olunur. Saat 20.00-dan sonra və qeyri-iş günlərində ödənilən kreditlər növbəti iş gününün ödənişi kimi qəbul olunur.

Qeyd edək ki, terminal vasitəsilə aparılan kredit ödənişlərinə görə xidmət haqqı tutulmur. Terminalla və ya proseslə bağlı hər hansı sual yaranarsa, AccessBank-ın 151 ümumi zəng mərkəzinə və ya MilliÖn ödəmə sisteminin *0010 müştəri xidmətlərinə zəng etmək kifayətdir.