BANK

01 Yanvar
4

“DəmirBank” əmanət faizini artırdı – BİRİ SIĞORTALANMAYACAQ

“DəmirBank” əhaliyə təklif edilən “Göy” və “Qırmızı” əmanətləri üzrə illik faiz dərəcələrini artırıb. Bankdan fins.az-a verilən məlumata görə, hazırda «Göy» əmanət üzrə illik faiz dərəcələri manatla 13,5 %, dollarla isə 12,5% təşkil edir. «Qırmızı» əmanət növü üzrə də illik faiz dərəcələri artırılaraq manatla 11 %, dollarla 10 % olub.

“Göy”“Qırmızı” nədir?

Qeyd edək ki, istənilən şəxs minimum 100 AZN ilkin mədaxil edərək “DəmirBank” filiallarında “Göy” və “Qırmızı” əmanət hesabları açdıra bilər. Maksimum 3 il müddətinə açılan “Göy” və “Qırmızı” əmanət növlərini manat, avro, İngiltərə funt-sterlinqi və ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.

«Göy» əmanət növünün əsas üstünlükləri əmanət üzrə ən yüksək faiz dərəcələri və hesablanmış faizlərin hər ay ödənilməsi imkanıdır. «Qırmızı» əmanət növü isə digər əmanətlərdən hesabın 3-cü şəxsin adına açıla bilmə imkanı ilə fərqlənir.

Əmanətlərin biri sığortalanmır

Bununla yanaşı, qeyd edək ki, təyin edilmiş faiz dərəcələrini nəzərə alanda «Göy» əmanətləri Əmanətlərin Sğortalanması Fondunda sığortalanmır. “DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun (ADİF) üzvü olsa da, «Göy» əmanətinə tətbiq edilən faizlər ADİF-in müəyyən etdiyi həddən yüksəkdir. Belə ki, ADİF tərəfindən yalnız o əmanətlər sığortalanır ki, onun illik faiz dərəcəsi 12%-i keçməsin. «Göy» əmanətində isə bu dərəcə manatla 13,5 %, dollarla isə 12,5% təşkil edir. Əvəzində «Qırmızı» əmanətin faiz dərəcəsi ADİF-in tələbləri daxilindədir və buə manət sığortalanır.