BANK

01 Yanvar
13

Mobil maliyyə xidmətləri gəlir

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə mobil maliyyə xidmətlərinin (Mobile Finances Services - MFS) göstərilməsi üzrə qanun layihəsi hazırlayır. Fins.az-ın "Trend"-ə istinadən məlumatına görə, bunu ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

MFS xidməti abonentlərə mobil qurğuları vasitəsilə bank hesablarına çıxış əldə etməyə, pul köçürmələrini təkmilləşdirməyə və müxtəlif xidmətləri (internet, kommunal xidmətlər, TV xidmətləri, mobil və stasionar telefob rabitəsi) ödəməyə imkan verəcək.

Mənbənin sözlərinə görə, qanun layihəsinin hazırlanmasına müavafiq tənzimləyici orqanlar və Azərbaycanın mobil rabitə operatorları cəlb ediliblər: “Hazırda mobil operatorlar artıq abonentlərinə həmin xidmətləri göstərmək üçün platformanın hazırlanmasına başlayıblar. Xidmətdən son istifadəçinin necə istifadə edəcəyi ilə bağlı təfərrüatlar hüquqi təmzimlənmə məsələləri həll edildikdən sonra məlum olacaq”.

O qeyd edib ki, operatorların MFS xidmətinə elektron ödənişlərin həyata keçirilməsi üçün lisenziyası olan şirkətlərlə əməkdaşlıq çərçivəsində başlaması da istisna edilmir.