BANK

01 Yanvar
6

Azərbaycan bankları islam bankçılığına dair qanunun qəbulunu gözləyir

Azərbaycanda İslam bankçılığının payı ümumi bankçılıqda heç 1% də deyil. Fins.az-ın məlumatına görə, bunu Bakıda keçirilən “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” adlı beynəlxalq konfransda Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimli deyib. Bununla belə, onun sözlərinə görə, bu göstərici İslam bankçılığının yeni tətbiq olunduğu ölkə üçün pis deyil. Əli Məsimli qeyd edib ki, hazırda bir sıra banklar Azərbaycan Parlamentindən İslam bankçılığı haqqında qanunun qəbulun gözləyir və tezliklə, bu baş tutacaq.