BANK

01 Yanvar
3

“Kapitalbank" işçi axtarır- VAKANSİYA

“Kapitalbank" Beynəlxalq maliyyə institutları ilə iş üzrə şöbə rəisi vəzifəsinə işçi axtarır.

Tələblər:
• Ali İqtisadi/beynəlxalq iqtisadi əlaqələr üzrə ali təhsil;
• Vakansiya üzrə üç ildən çox iş təcrübəsi;
• İdarəetmə sahəsində ən azı 2 illik iş təcrübəsi;
• SWIFT sistemində iş bacarığı;
• MS Office (Word, Excel, Power Point) proqramlarla iş bacarığı;
• Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi , istifadə dərəcəsində rus dilinin biliyi;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Məsuliyyətlilik;
• Operativlik;
• Stressə davamlılıq;
• Komandada işləmək bacarığı.

Öhdəliklər:
• Beynəlxalq maliyyə institutları və maliyyə təşkilatları tərəfindən xarici investisiyaların cəlbində iştirak etdir;
• Bankda “Due Diligence” təşkil edir və aparır;
• Xarici investisiyaların cəlb olunması üçün lazım olan bankdaxili hesabatlıqları və bank üzrə maliyyə analizini əks etdirən təqdimatları hazırlayır;
• Bank rəhbərliyinin göstərişi ilə xarici maliyyə təşkilatlarına ezamiyyətlərdə iştirak edir;
• Beynəlxalq əlaqələrin yaradılması, qorunması və inkişafı üzrə təkliflərin verilməsi və xarici əməkdaşlığın qurulmasında bilavasitə iştirak edir;
• Bankın xarici valyuta ilə Nostro və Loro hesablarının açılması üçün zəruri sənədləşmə işini təşkil edir;
• Yeni rezident və qeyri-rezident bankları əməkdaşlığa cəlb etməklə, onların tələblərini, xüsusiyyətlərini öyrənməklə əməkdaşlığın yeni formalarının tətbiq edilməsini təmin edir.

Şirkət təklif edir:
• Peşəkar və dinamik komandada maraqlı iş;
• Peşəkar inkişaf;
• Əmək haqqının ləyaqətli səviyyəsi ;
• Peşəkar və mehriban kollektiv.

Əlaqə vasitələri;
Telefon: (+994 12) 598 1295
E-poçt: office@kapitalbank.az