BANK

01 Yanvar
2

“Amrahbank” əmanət faizlərini 15%-ə qaldırdı

“Amrahbank” fevralın 17-dən ABŞ dollarında olan əmanətlər üzrə illik faiz dərəcələrini 14%-ə qədər qaldırıb. Fins.az-ın bankdan əldə etdiyi məlumata görə, bankın manatda olan əmanətlər üzrə illik faiz dərəcəsi isə 15%-ə bərabərdir.

Qeyd edək ki, hazırda “Amrahbank” banklar arasında əmanətlər üzrə ən yüksək ilik faiz gəlirləri təklif edən banklardan biridir. Bankdan bildirilib ki, faiz dərəcələri ümumilikdə 0,5% artıb. Belə ki, indiyədək dollarla əmanətlər 13,5%, manatla əmanətlər isə 14,5%-lə qəbul edilirdi. Xatırladaq ki, hazırda 23 filiali və 1 şöbəsi fəaliyyət göstərən bank paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı, Goranboy kimi regionlarını əhatə edir.