BANK

01 Yanvar
3

Azərbaycanda virtual pulu qəbul edəcək system yaradılır

Türkiyənin Anadolu universitetində oxuyan Azərbaycanlı tələbələr Bakıda bir onlayn gül mağazası açıblar.

Fins.az “Marja”ya istinadən xəbər verir ki, Mağazanın diqqəti çəkən xüsusiyyəti, ödəmələri dünyanın hər yerindən olan bütün bank kartları ilə yanaşı “Paypal” və “Bitcoin” ilə də qəbul edilməsidir.

Türkiyədəki www.ciceksepeti.com CEO-su Emre Aydından ilham alan tələbələr www.baharciceyi.com-a Azərbaycanın bütün çiçək satışını həyata keçirən mağazaları inteqrasiya etmək istəyirlər. Çiçək satışı ilə bərabər saytda həmçinin, xüsusi hazırlanmış yaradıcı hədiyyələr, oyuncaqlar, müxtəlif növ aksesuarlar almaq mümkündür. Sonraki aylarda isə www.baharciceyi.com-da şirniyyat və parfumlərində satışın görmək mümkün olacaqdır.

İstifadəçilərin təhlükəsizliyini qorumaq üçün sistemdə SSL sertifikatı və PCI DSS standartları aktiv olunmuşdur. Eyni vaxtda bu Azərbaycanda ilk dəfə PCI DSS standartını tətbiq edən elektron ticarət platforması deməkdir.

Rəhbərliyi Nazim Həsənov və Cavid Mehdizadə təmsil olunan şirkətin konsultasiya xidmətinidə müxtəlif startaplarla (start-up) tanıdığımız Nicat Manafov edib.