BANK

01 Yanvar
5

Qazaxıstan devalvasiyaya hazırlaşır

Qazaxıstan Mərkəzi Bankı təngənin devalvasiyasını istisna etmir. Fins.az-ın Tengrinews.kz-a istinadən məlumatına görə, Mərkəzi Bank neftin qiymətinin düşməsinin davam edəcəyi təqdirdə mübadilə kursunun müntəzəm dəyişməsini nəzərdə tutur.

“Neftin qiyməti 50 dollar və ya daha aşağı olacağı halda biz güman edirik ki, təngənin mübadilə məzənnəsinin sərbəst dəyişməsi mümkündür. Söhbət ondan gedir ki, neftin orta illik qiymətinin bu həddən aşağı olacağı və ya qiymətlərin davamlı aşağı düşməsi halında mübadilə məzənnəsi dəhlizinin genişləndirilməsi nəzərdə tutulur- bankın tənzimləyici şöbəsinin sədri Kayrat Келимбетова bildirib.

Xəbər verildiyi kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2015-cu ildə respublika büdcəsinin xərclər hissəsinin 3,8 mlrd. azaltmaq haqda sərəncam verib. Bu respublika büdcəsinin 10% təşkil edir.