BANK

01 Yanvar
2

Komissiyasız kredit verilir

“Unibank” Vergilər Nazirliyi əməkdaşlarının peşə bayramı münasibəti ilə 0% komissiyalı nağd kredit kampaniyası keçirir. Bankdan fins.az-a verilən məlumata görə, vergi əməkdaşları 11-18 fevral tarixlərində «Unibank» filiallarına müraciət edərək, 10.000 AZN-dək komissiyasız kredit götürə biləcəklər. «Onlar ölkəmizin inkişafına ən yaxından dəstək verənlərdəndirlər. Onlar- dövlət büdcəsinin formalaşmasında müstəsna xidmətləri olan vergi işçiləridir»-deyə bank vergi əməkdaşlarının xidmətini xüsusi vurğulayır.

Qeyd edək ki, rəsmi iş yeri olan və əmək müqaviləsi əsasında çalışan hər bir Azərbaycan vətəndaşı iş yerindən arayış gətirmədən də «Unibank» filiallarına kredit almaq üçün müraciət edə bilər. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, Unibank “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə bilirlər.