Bank

01 January
2

Azərbaycanda problemli kreditlər azalıb

2014-cü ilin yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 976,3 milyon manat olub. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 5,2 milyon manat və yaxud 0,5% azdır. Son 1 ildə isə problemli kreditlər əskinə 23,1% və yaxud 183,5 milyon manat artıb. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 5,1%-dən 5,3%-ə yüksəlib. 2014-cü ilin noyabr ayının yekunda isə bu rəqəm 5,4% olub.