BANK

01 Yanvar
10

İpoteka kreditləri onlayn ödəniləcək

Azərbaycanda ipotela kreditlərinə görə ödənişlərin onlayn rejimdə qəbuluna başlanılıb. Fins.az-ın məlumatına görə, bu, Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondu (AİF) ilə Hökumət Ödəniş Portalının (www.gpp.az) birgə əməkdaşlığı nəticəsində mümkün olub. Belə ki, ipoteka krediti götürmüş şəxslər portala daxil olaraq ödəniş edə bilərlər. Amma bunun üçün onlar krediti götürdükləri bankdan 5 rəqəmli kod almalıdırlar. AİF-in müvəkkil kredit təşkilatlarının əksəriyyəti yeni sistemə qoşulub. Bununla belə, kredit ödənişlərini nağd şəkildə bankda da ödəmək mümkündür.