Bank

01 January
3

İpoteka ödənişlərini onlayn qəbul edir

2015-ci il fevralın 1-dən etibarən ASC Xalq Bankının Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin aylıq ödənişləri Hökumət Ödəniş Portalı vasitəsilə onlayn şəkildə qəbul olunacaq.

Fins.az-ın Trend-ə istinadən məlumata görə, AİF tərəfindən yenidən maliyyəşdirilmış ipoteka kreditlərinin sahibləri aylıq ödənişi həm bankın filiallarında, həm də internet şəbəkəsi vasitəsilə həyata keçirə bilərlər. İpoteka kreditləri üzrə ödənişləri Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Hökumət Ödəniş Portalının www.gpp.az internet ünvanından həyata keçirmək mümkündür.