BANK

02 May
12

“Atabank” kontaktsız kartları qəbul edəcək

“Atabank”ın POS-terminalları vasitəsilə kontaktsız ödəniş etmək mümkün olacaq. Bu barədə fins.az-a bankdan bildirilib.

Məlumata görə, “Atabank”ın yeni "MasterCard" tipli kartları "MasterCard Contactless" funksionallığı ilə təmin edib. “AtaBank”ın tərəfdaşlar şəbəkəsində quraşdırılmış POS-terminallar kontaktsız kartların qəbulu üzrə proqramlaşdırılıb və “MasterCard Contactless” tipli kartları qəbul edəcək.

“AtaBank” ASC-nin icraçı direktoru, idarə heyətinin üzvü Elnur Osmanov deyib iki, təmsil etdiyi bank 2013-cü ildən “MasterCard Europe SPRL” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvüdür. “AtaBank” kontaktsız ödənişlərin qəbulu üçün tədricən bütün POS-terminal şəbəkəsində bu funksiyanı aktivləşdirir.

“Biz bütün kart istifadəçilərinə MasterCard tipli kartlar və cihazlar vasitəsilə daha geniş kontaktsız ödəniş imkanları yaratmağı planlaşdırırıq”, - deyə “MasterCard”ın ölkə üzrə direktoru Hakan Acar qeyd edib.
Bankın emissiya etdiyi kartların sayı 26 minə yaxındır. Bankomatlarının sayı 78, POS-terminalların sayı isə 18 min 567 ədəddir.