Bank

01 January
1

“Azərbaycan Kredit Bankı” kapitalını 2 dəfə artırıb

Azərbaycan Mərkəzi Bankının məcmu kapital tələbi (50 milyon manat) ilə bağlı problemi olan “Azərbaycan Kredit Bankı” nizamnamə kapitalını təxminən 2 dəfə artırıb. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, kapital artımına səhm emissiyası hesabına nail olunub.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) yanvarın 19-da qeydə aldığı səhm emissiyasına görə, yanvarın 22-dən Bakı Fond Birjasında hərraca hər birinin nominal dəyəri 224 manat olan 173 min səhm çıxarılıb. Həmin səhmlərdən 61600-ü (13,8 milyon manatlıq) bankın səhmdarları tərəfindən alınıb. Beləliklə, “Azərbaycan Kredit Bankı”nın nizamnamə kapitalı 11,4 milyon manatdan 25,2 milyon manata çatdırılıb. Hazırda kapitalın artırılması prosesi davam edir. Yerləşdirmənin anderrayteri “Texniki Kapital Menecment” MMC-dir.