Bank

01 January
2

“Turanbank” ili mənfəətlə başa vurub

2014-cü ilin yekunlarına görə, “Turanbank”ın aktivləri 321 milyon manat təşkil edib. Fins.az-ın məlumatına görə, bu, 2013-cü illə müqayisədə 31% çoxdur.
Bankın kredit portfeli 24% artaraq 220,6 milyon manata çatıb. Ötən il bankın müştəri hesabları və depozit portfeli isə 143,9 milyon manat olub ki, bunun da 72,2 milyon manatını fiziki şəxslərin müddətli əmanətləri təşkil edib. Bu göstərici 2013-cü illə müqayisədə 17,7% artıb.
Bankın nizamnamə kapitalı 7% artımla 47 milyon manat, məcmu kapitalı isə 14% artımla 55,1 milyon manat olub.
2014-cü il üzrə fəaliyyət nəticələrinə əsasən bankın gəlirləri 33,346 milyon manat, xərcləri isə 26,333 milyon manat təşkil edib. Son 1ildə “Turanbank” 5,6 milyon manat təmiz mənfəət əldə edib.