Bank

01 January
2

“Rabitəbank”ın mənfəəti 31% artıb

2014-cü ilin yekunlarına görə, “Rabitəbank”ın aktivləri 305 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, əvvəlki illə müqayisədə 20,8% çoxdur. Bankın öhdəlikləri 20,9% artaraq 241,6 milyon manat, cümlədən müştərilərin müddətli depozitləri 38% artaraq 152,3 milyon manat, məcmu kapitalı isə 10,9% artaraq 58,5 milyon manat olub.

Problemli kreditləri 42% artıb

2014-cü ildə “Rabitəbank”ın kredit portfeli 38%-ə yaxın artaraq 229 milyon manat təşkil edib. Bankın problemli kreditləri 10,1 milyon manat civarında olub ki, bu da ümumi kredit portfelinin 4,4%-i qədərdir. 2013-cü ilin yekununda isə bu rəqəm 7,1 milyon manat və yaxud ümumi portfelin 4,3%-i qədər olub. Göründüyü kimi, bankın problemli kreditləri təxminən 42% artıb.

Mənfəətini 31% artırıb

Son 1ildə “Rabitəbank”ın faiz gəlirləri 95% artaraq 45,6 milyon manat, faiz xərcləri 25% artaraq 12,8 milyon manat, qeyri-faiz gəlirləri 11% artaraq 7 milyon manat, qeyri-faiz xərcləri isə 7% artaraq 2,5 milyon manat təşkil edib. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 37,3 milyon manat olub ki, bunun da 12,2 milyon manatı inzibati xərclərə, 20,7 milyon manatı ehtiyatların yaradılmasına yönəldilib. Vergilər ödənildikdən sonra bank 3,1 milyon manat xalis mənfəət əldə edib ki, bu da 2013-cü illə müqayisədə təxminən 31% çoxdur.