BANK

01 Yanvar
8

Naxçıvanda yeni bank filialı açıldı

Yanvarın 8-də Azərbaycan Mərkəzi Bankının lisenziyası əsasında “Naxçıvanbank” ASC-nin Naxçıvan şəhər filialı fəaliyyətə başlayıb. Fins.az-ın məlumatına görə, filial Naxçıvan şəhəri ilə yanaşı, Babək və Şahbuz rayonlarından olan müştərilərə də xidmət göstərəcək. Filialda əhali, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar kiçik maliyyə resurslarından yararlana biləcək, plastik kartlar, müxtəlif pul köçürmələri, vergi və rüsumların ödənişləri və digər bu kimi maliyyə əməliyyatlarından istifadə etmək imkanı əldə edəcəklər. Bundan əlavə, filial tərəfindən 2015-ci ildə 100-ə yaxın yeni POS-terminalın quraşdırılması, bankomat şəbəkəsinə yenilərinin əlavə edilməsi, kredit qoyuluşunun 3,5 milyon manata çatdırılması nəzərdə tutulub.