BANK

01 Yanvar
7

Bu bank müştərisini səsindən tanıyacaq

Gələn il Unibank yeni bank məhsullarının tətbiqi ilə də öndə olmağı hədəfləyir.

Fins.az-ın məlumatına görə, bankın İcraçı Direktorun birinci müavini Xalid Əhədov “Marja”ya bildirib ki, 2015-ci ildə xidmət standartlarının daha da yüksəldilməsi, Avropadan yeni bank məhulları öyrənilərək tətbiq edilməsi prioritet olacaqdır.

“Məsələn, Qərbdə “My voice of my password” (Mənim səsim mənim parolumdur) adlı bank xidməti mövcuddur. Ona “Voice biometrics”, yəni səs biometrikası deyilir. Çox bahalı texnologiya deyil. Müştəri bankda hesab açdıqda onun səsi yazilir. Gələcəkdə müştəri banka zəng vurduqda “Voice biometrics” müştərinin səsini eyniləşdirir. Bank bilir ki, zəng vuran müştərisidir və onun əmrlərini yerinə yetirir. Müştəri səsli əmrləri ilə, hesabı üzrə qalığı öyrənir, köçürmələr edir və.s. Azərbaycanın qanunvericiliyinin icazə verdiyi bütün əməliyyatları səs ilə yerinə yetirmək mümkün olacaqdır. Bankımız gələn il bu xidməti tətbiq etməyi nəzərdə tutur”,- Xalid Əhədov əlavə edib.