BANK

01 Yanvar
9

FHN işçilərinə güzəştli kredit veriləcək

Fövqəladə Hallar Nazirliyi işçilərinin sabah qeyd olunacaq peşə bayramı münasibətilə “TuranBank” bu sahədə çalışanlar üçün güzəştli kredit kampaniyası elan edib. Bankdan fins.az-a verilən məlumata görə, 16-18 dekabr tarixlərində FHN işçiləri bankdan istehlak kreditlərini 3% güzəştlə ala biləcəklər. Göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Fins.az-ın məlumatına görə, “Turanbank”da istehlak kreditləri illik 20-29% olduğundan, teleradio işçiləri krediti 17-26%-lə götürə biləcəklər.

Qeyd edək ki, “Turanbank” demək olar ki, bütün peşə sahiblərinin peşə bayramları dövründə həmin sahədə çalışanlara kredit dərəcələrində 3% endirim təklif edir. Endirim kampaniyası haqda daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.