BANK

01 Yanvar
3

Bu bank sorğunun lideri oldu

Regionlarda istehlak kreditləri verən banklar arasında lider bank müəyyən edilib. Fins.az-ın "Turan" agentliyinə istinadən məlumatına görə, regiondakı istehlak kreditlərinə görə, lider bank "Kapital Bank" olub. Bankın müştərilərinin 70%-i əyalətlərin payına düşür.

Bu "Business Insight" şirkətinin «Azərbaycan sakinlərinin həyat üslübü» araşdırmasında aşkar edilib. Araşdırmaya görə, "AccessBank" bu göstəricidə 53%-lə ikincidir.

Ev təsərrüfatı kreditlərinin həcminə görə "Bank of Baku" ASC liderdir – respondentlərin 38%-i onun xidmətindən, 28% "Unibank"ın xidmətindən, "10,8%" AccessBankın xidmətinən istifadə edir.
Sorğu 18-50 yaş arasında 1025 respondent arasında keçirilib. Onların ailə gəliri ayda orta hesabla 833 manat, fərdi gəliri 460 manat olub.