Bank

01 Yanvar
2

Azad Rəhimov: “Hafka”nın maliyyə durumu ağırdır

Gənclər və idman naziri Azad Rəhimov futbol üzrə Fransa çempinonatı barədə danışarkən Azərbaycanın bank sektoru üçün mühüm əhəmiyyət kəsb edən açıqlama verib. Bu barədə fins.az fransız mətbuatına istinadən xəbər verir. Nazir hamının “Hafka” kimi tanıdığı “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovun “Lans”a sponsorluq edə biləcək vəziyyətdə olmadığını deyib.

Onun sözlərinə görə, Hafiz Məmmədov bundan sonra “Lans”a ən yaxşı halda azarkeşli edə bilər: “Amma o, indi bu komandanı maliyyələşdirəcək durumda deyil. İflasa uğrayıb-uğramadığı barədə elə də məlumatlı deyiləm. Amma bilirəm ki, indi vəziyyəti ağırdır”.
Xatırladaq ki, Hafiz Məmmədov hazırda ətrafında müəmmalı vəziyyət yaranmış “Bank of Azerbaijan”ın sahibidir.