BANK

01 Yanvar
10

Əhalinin banklardakı əmanətləri yenidən artmağa başlayıb

Bu ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri 7 milyard manat təşkil edib. Fins.az-ın Mərkəzi Banka istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1%, ilin əvvəkinə nisbətən 9,5%, ötən ayla müqayisədə isə 0,7% çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, əhalinin banklardakı əmanətləri əvvəlki ayla müqayisədə 33 milyon manat azalmışdı və 6 milyard 960 milyon manat təşkil etmişdi.