BANK

01 Yanvar
3

“Turanbank”dan teleradio işçilərinə sürpriz

Radio və televiziya işçilərinin bu gün qeyd edilən peşə bayramı münasibətilə "TuranBank" bu sahədə çalışanlar üçün güzəştli kredit kampaniyası elan edib. Bankdan fins.az-a verilən məlumata görə, 6-7 və 11 noyabr tarixlərində Milli Televiziya və Radio Şurasının lisenziyası əsasında fəaliyyət göstərən dövlət və özəl radio, televiziya şirkətlərinin əməkdaşları bankdan istehlak kreditlərini 3% güzəştlə ala biləcəklər. Göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Fins.az-ın məlumatına görə, “Turanbank”da istehlak kreditləri illik 20-29% olduğundan, teleradio işçiləri krediti 17-26%-lə götürə biləcəklər.
Qeyd edək ki, “Turanbank” demək olar ki, bütün peşə sahiblərinin peşə bayramları dövründə həmin sahədə çalışanlara kredit dərəcələrində 3% endirim təklif edir. Endirim kampaniyası haqda daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.