BANK

01 Yanvar
10

2 bank mənfəətlə işləməyə başlayıb

Azərbaycanda fəaliyyət göstərən 44 kommersiya bankından 38-sı yanvar-sentyabr aylarını mənfəətlə, 6-ı isə ziyanla başa vurub. Bu barədə fins.az Mərkəzi Banka istinadən xəbər verir. Xatırladaq ki, yanvar-avqust aylarının yekunlarına görə, bu nisbət 36:8 olub. Beləliklə, ötən ay 2 bank mənfəətlə işləməyə başlayıb.

Ümumiyyətlə isə, 9 ay ərzində bankların mənfəəti 348,52 milyon manat, zərəri isə 31,33 milyon manat olub. Bununla bağlı, bank fəaliyyətində ümumi mənfəət 317,19 milyon manat təşkil edib.
Statistikaya əsasən, 38 bankın hər birinin qazancı orta hesabla 9,17 milyon manat olduğu halda, qalan 6 bank orta hesabla 5,22 milyon manat itki ilə üzləşib. Ötən ilin eyni dövrü ilə müqayisədə, 1 banka düşən orta mənfəət isə 2,32 milyon manat, 1 bank üzrə orta ziyan isə 2,5 milyon manat artıb.