BANK

01 Yanvar
9

“Bank VTB”-nin kredit portfeli 65% artıb

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Bank VTB”-nin kredit portfeli 96,7 milyon manat və yaxud 64,9% artıb. Bu barədə fins.az banka istinadən xəbər verir. Ötən ilin eyni dövründə 149 milyon manat olduğu halda bu ilin ilk yarım ilinin nəticələrinə görə, kredit portfeli 245,7 milyon manata çatıb.

İstehlak və biznes kreditlərinin payı bərabərdir

Kreditlərin 50%-ni və yaxud – 123,3 milyon manatını fiziki şəxslərə verilmiş istehlak kreditləri təşkil edib. 2013-cü illə müqayisədə istehlak kreditlərinin ümumi portfeldə payı azılıb (ötən ilin ilk yarısının nəticələrinə görə, bu göstərici 51% olub). Bankın kredit portfelində ticarət və xidmət sektoruna ayrılan kreditlər 91,1 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 77% artım), sənaye müəssisələrinə ayrılmış kreditlər 30,7 milyon manat (50% artım) təşkil edib.

Problemli kreditlər 4 dəfə artıb

2013-cü ilin ilk 9 ayı ilə müqayisədə “Bank VTB” problemli kreditləri 4 dəfə artaraq 5 milyon manatdan 20 milyon manata çatıb. Ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı isə 3,4%-dən 8,2%-ə qədər artıb. Bu, ölkə üzrə orta həddən (5,4%) çoxdur.
Nisbi olaraq banka 15,2%-nin geri qaytarılmasında çətinlik yaranıb. Ticarət və xidmət sektorunda verilmiş kreditlərin 5,5%-i, istehlak kreditlərinin isə 8,4%-i problemli olub.