Bank

01 Yanvar
4

Verdiyi hər 100 manatın 17 manatını geri ala bilmir

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Expressbank”ın problemli kreditlərinin məbləği 27,5% azalıb. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, 2014-cü ilin ilk 9 ayında “Expressbank”ın kredit portfeli 210,29 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 28,4% və yaxud 46,54 milyon manat çoxdur.
Bu il verilmiş kreditlərin 16,7%-i və yaxud 35,07 milyon manatını vaxtı keçmiş kreditlər təşkil edib. Ötən il isə problemli kreditlərin həcmi 48,4 milyon manat (ümumi kredit portfelinin 29,5%-i) qədər olub. Başqa sözlə, son 1 ildə bankın problemli kreditləri 27,5% və yaxud 13,33 milyon manat azalıb.