BANK

01 Yanvar
3

Zərərlə işləyən banklar 2 dəfə artıb

Azərbaycanda fəaliyyət göstərən 44 kommersiya bankından 36-sı yanvar-avqust aylarını mənfəətlə, 8-i isə ziyanla başa vurub. Fins.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, bu dövrdə bankların mənfəəti 340,05 milyon manat, zərəri isə 42,44 milyon manat olub. Bununla bağlı, bank fəaliyyətində ümumi mənfəət 297,61 milyon manat təşkil edib.

Statistikaya əsasən, 36 bankın hər birinin qazancı orta hesabla 9,45 milyon manat olduğu halda, qalan 8 bank orta hesabla 5,31 milyon manat itki ilə üzləşib.
Bu ilin yanvar-iyul ayları ilə müqayisədə mənfəət və zərərlə işləyən bankların sayı dəyişməyib.

Əvəzində ötən ilin eyni dövründə zərərlə işləyən bankların sayı iki dəfə artıb - ötən ilin yanvar avqust aylarını 4 bank zərərlə başa vurmuşdu. Ötən ilin eyni dövrü ilə müqayisədə, 1 banka düşən orta mənfəət isə 3 milyon 493 min manat, 1 bank üzrə orta ziyan isə 922 min manat artıb.