Bank

01 Yanvar
3

Bu bankda nahar fasiləsi yoxdur

“Siz evinizə ən yaxın olan Unibank filialına müraciət edə bilərsiniz”. İndi Unibank-a zəng edən müştərilərə bankın ünvanı belə izah edilir. Filial şəbəkəsini genişləndirməklə müştərilərinə daha da yaxın olmağı əsas prioritetlərindən seçən bank, istər paytaxtda, istərsə də bölgələrdə geniş xidmət şəbəkəsinə malikdir. "Unibank" filialları ölkə ərazisində geniş coğrafiyada fəaliyyət göstərir. Hazırda bankın paytaxtda 23, bölgələrdə isə 15 filialı var. Baş ofis də daxil olmaqla, bank 38 filialı ilə həftənin 6 günü səhər saat 09.00-dan axşam 17.00-dək müştərilərinə müxtəlif bank xidmətləri göstərir. Müştərilər filialların xidmətindən nahar fasilələrində belə istifadə edə bilirlər.

Unibank filiaları pərakəndə kreditlərlə yanaşı, kiçik və orta biznesin maliyyələşdirilməsini də həyata keçirir. Bundan başqa, filiallarda fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Real sektora diqqətini günü-gündən artıran "Unibank", ilk dəfə olaraq, yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filial açıb. Qara Qarayev” biznes-filialı, kiçik və orta bizneslə məşğul olan müştərilərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. Bankın daha 2 filialı - “Baksovet” və “Dərnəgül” filialları da xidmət təyinatını dəyişərək, bundan sonra yalnız iş adamlarına xidmət göstərəcək. Məqsəd bankın ölkənin iqtisadi inkişafına töhfəsini bir qədər də gücləndirməkdir.