BANK

01 Yanvar
2

Naxçıvanda banklara qoyulan pullar artıb

Naxçıvanda banklara əmanət qoyuluşu 28,2 faiz artıb. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən fins.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin 8 ayı ərzində əmanətlər 1 milyon 322 min manat artaraq 5 milyon 996 min manat olub. Xarici valyuta ilə cəlb olunan əmanətlərin həcmi isə 1 milyon 470 min manat təşkil edib.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 439 min manat artım deməkdir. Banklar tərəfindən əhalidən cəlb edilmiş əmanətlərin həcmi ümumi kredit qoyuluşunun 6 faizini təşkil edib. İdarədən onu da bildiriblər ki, muxtar respublikada fəaliyyət göstərən banklar illik 4 faizdən 20 faizədək əmanətləri qəbul edir.

MB NMRİ-dən bildirilib ki, muxtar respublikada fəaliyyət göstərən bütün bankların Əmanətlərin Sığortalanması Fondunun üzvü olması əhalinin banklara olan inamının artmasına təsir edib.