BANK

01 Yanvar
4

Problemli kreditlər yenə artıb

Bu ilin yanvar-iyul aylarının yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi məbləği 900 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, problemli kreditlər ümumi kredit portfelinin (17 milyard manat) 5,3%-ni təşkil edir.
Qeyd edək ki, iyunda problemli kreditlərin həcmi bir qədər azalsa da, iyuldan etibarən yenidən artmağa başlayıb. Belə ki, iyun ayının göstəricilərinə görə, problemli kreditlərin həcmi 878 milyon manat və ya ümumi portfelin 5,2% qədər idi. Bu ilin əvvələ ilə müqayisədə isə vaxtı keçmiş kreditlərin həcmi 107 milyon manat artıb.