BANK

01 Yanvar
10

“Muğanbank” ASC-in kredit portfeli 16% artıb

“Muğanbank” ASC yarım il üzrə göstəricilərini açıqlayıb. Bankdan fins.az-a verilən məlumata görə,son bir ildə “Muğanbank” ASC aktivlərinin həcmi 16,4% artaraq 2014-ci iliyulun 1-nə 364 milyon 670 min manata çatıb. bankın məcmu kapitalı 53 milyon 795,61 min manat təşkil edib.

Depozit və kredit portfeli artıb

Məlumatda qeyd edilir ki, 2014-cü ilin ilk yarısında "Muğanbank"ın depozit portfeli 125 milyon 591 min manata çatıb. Ötən ilin ilk yarısı ilə müqayisədə depozit portfel 13,5% böyüyüb.
2014-cü ilin iyul ayına olan göstəricilərə əsasən bankın kredit portfeli 16,1% artaraq 257 milyon 925 min manat təşkil edib. Ötən ilin ilk yarısında isə bu rəqəm 222 milyon 224 min manat təşkil edirdi.

Gəlirlər artıb, mənfəət azalıb

İlk yarım ildə “Muğanbank” ASC-nin gəlirləri 31,8% artaraq 27 879,6 min manat təşkil edib. Bu dövrdə faiz gəlirləri 19 486,71 min manata, qeyri-faiz gəlirləri isə 8 392,94 min manata çatıb. Ötən illə müqayisədə faiz gəlirləri 33,4%, qeyri-faiz gəlirləri isə 19,3% artıb.
Əvəzində ilk yarım ildə "Muğanbankın" xalis mənfəəti aşağı düşüb. Bankın məlumatına görə, yanvar-iyun aylarında xalis mənfəət 3 milyon 536 min 340 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8% azdır.

Likvidlik əmsalı 68% olub

İlk yarım ilin nəticələri üzrə bankın likvidlik əmsalı 68% dir.
Xatırladaq ki, Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 38 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

“Muğanbank” ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər bankın məlumat mərkəzinə, (012) 933 telefon nömrəsinə zəng edə bilərlər.