BANK

01 Yanvar
3

Naməlum investor Beynəlxalq Bankın səhmlərini alıb

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) iyulun 22-də 200 mln manat məbləğində emissiyanın yerləşdirilməsini başa çatdırıb.
Qeyd edək ki, səhmlərin yerləşdirilməsinə 12 dekabr 2013-cü ildən başlanıb. Fins.az-ın "Marja"ya istinadən məlumatına görə, bu ilin aprelində mövcud səhmdarlar paylarına uyğun səhm alışı hüququnu itirmişdilər. Ümumi məblği 5 338 661.12 manat olan 20 533 312 ədəd səhm satılmamış qalıb. Qiymətli kağızların yerləşdirilməsində bir neçə investor iştirak edib. Dünən naməlum investor 4 938 530,74 manat məbləğində qalan səhmləri alıb. Səhmlər nominal qiymətinə yerləşdirilib.
Beləliklə, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ödənilmiş nizamnamə kapitalı 568,3 mln manata çatıb. İyulun 1-i üçün ABB-nin aktivləri 8 mlrd manat, məcmu kapitalı 1 mlrd manat olub. I yarımildə bank 330,2 mln manat gəlir, 29,7 mln manat xalis mənfəət əldə edib.
2013-cü ilə qəbul edilən kapitallaşma strategiyasına əsasən, 2015-2017-ci illərdə hər il 100 mln manat cəlb etmək istəyir.
Maraqlıdır ki, kapitallaşma artımı səhlərin bazar qiymətinin düşməsi şəraitində gedir: nominalı 26 qəpik olan səhmlər bazarda 15-16 qəpiyə təklif edilir.
Hökumət 2011-ci ildə ABB-də dövlətin 50,2% payının özəlləşməsi ideyasına qayıdıb. Beynəlxalq məsləhətçi seçilib. Amma bankın bazar qiymətinin dəyərləndirilməsi prosesi və potensial investorlarla danışıqların gedişi barədə məlumat verilmir.